"Bu onu göstərir ki, İlham Əliyev uğurlu daxili və xarici siyasət yeridir" - DEPUTAT ŞƏRH ETDİ

"Sazişin imzalanması bu ölkələr arasında əlaqələrin genişlənməsinə, yaşıl enerjinin inkişafına və ötürülməsinə çox ciddi töhfə verəcək. Bu həm də onu göstərir ki, Avropa ölkələri Azərbaycanı etibarlı tərəfdaş hesab edir və əlaqələrin inkişafında birmənalı olaraq maraqlıdır". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Ceyhun Məmmədov deyib.

Onun sözlərinə görə, görüşdə əsas beynəlxalq qurumların nümayəndələri də iştirak ediblər: "Qeyd etməliyik ki, bu sənəd həm Azərbaycanın beynəlxalq aləmdə siyasi mövqeyinin möhkəmlənməsinə, həm də ölkəmizin etibarının güclənməsinə də təsirini göstərəcək. Bugünkü gündə Azərbaycan Avropanın enerji təhlükəsizliyində çox mühüm rol oynayır".

Deputat sözlərinə davam edərək bildirib ki, artıq yaşıl enerji sahəsində də belə müqavilələrin imzalanması çox önəmlidir: "Çünki bununla Azərbaycan gələcəkdə yeni imkanlar əldə edəcək. Həm Azərbaycanın siyasi mövqeyi möhkəmlənir, həm də iqtisadi dividentlər əldə edir. Bu onu göstərir ki, İlham Əliyev çox uğurlu daxili və xarici siyasət yeridir. Avropa ölkələrinin liderlərinin dediyi kimi hər kəs İlham Əliyevlə əlaqə qurmağa çalışır".

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə