Rusiya ordusu PUA-larla hücuma keçib

Ukrayna Silahlı Qüvvələri Rusiya ordusunun 30-u havada məhv edilmiş 35-ə yaxın pilotsuz uçuş aparatı (PUA) ilə Ukraynaya hücum etdiyini açıqlayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Rusiya qüvvələri səhər saatlarında İran istehsalı olan təxminən 35 İHA (Şəhid) ilə Ukraynanın müxtəlif bölgələrinə hücum edib.

Ukrayna hava hücumundan müdafiə qüvvələri tərəfindən 30 PUA-nın məhv edildiyi qeyd edilən açıqlamada, "Əvvəlki hücumlarda olduğu kimi, bu dəfə də PUA-lar Azov dənizinin şərq sahilindən buraxılıb" ifadəsindən istifadə edilib.

Müəllif: Ziya Hikmət oğlu

Bütün xəbərlər Facebook səhifəmizdə