Rusiyanın Belqorod şəhərinə raket düşüb

Rusiya-Ukrayna sərhədində yerləşən Belqorod şəhərinə raketin düşməsi nəticəsində 1 nəfər ölüb, 8 nəfər yaralanıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, raket binaya düşüb. Binanın içərisində və ətrafında olan avtomobillərə böyük ziyan dəyərkən, axtarış-xilasetmə qrupları ərazini boşaldıb.

Belqorod qubernatoru Vyaçeslav Qladkov verdiyi açıqlamada, “Bizim hava hücumundan müdafiə sistemlərimiz Belqorod bölgəsində aktiv şəkildə işləyir. Təcili yardım həkimləri yaralıları xəstəxanaya çatdırır. Ətraflı məlumat daha sonra veriləcək. Təəssüf ki, 1 nəfər dünyasını dəyişib. Bundan başqa, quşçuluq təsərrüfatına da ziyan dəyib”, - deyə o bildirib.

Hadisədən sonra Rusiyanın Belqorod, Bryansk və Kursk vilayətlərində, eləcə də Krımda sarı həyəcan siqnalı verilib.

Müəllif: Ziya Hikmət oğlu

Bütün xəbərlər Facebook səhifəmizdə