Rusiya ordusunun geri çəkilməsi müharibəyə son qoymayacaq - POLİTOLOQ ŞƏRH ETDİ
"Əgər 2022-ci ilin ümumi xülasəsinə nəzər yetirsək görərik ki, Rusiya-Ukrayna müharibəsi bütün dünyanı dərindən sarsıdan bir hadisə kimi yadda qaldı". Bu sözləri SİA-ya açıqlamasında politoloq İlyas Hüseynov deyib.
Onun sözlərinə görə, bir sıra ekspertlər bu müharibəni lokal, qısamüddətli, dünyanın iqtisadi, siyasi, geosiyasi düzəninə təsir etməyəcəj müharibə kimi qiymətləndirirdilərsə, gözlənilən kimi olmadı: "Həm müharibənin miqyası genişləndir, həm də bütün dünya iqtisadiyyatı hələ də bu müharibənin acı nəticələrilə boğuşur. Şübhəsiz ki, dünyada ərzaq çatışmazlığı, qiymət artımı, tədarük zəncirində qırılmaların baş verməsi bilavasitə Rusiya-Ukrayna müharibəsi ilə bağlıdır".
Politoloq sözlərinə davam edərək bildirib ki, taxıl dəhlizinin işə düşməsi və sülh istiqamətində təşəbbüslər o demək deyil ki, müharibəni sülh yolu ilə dayandırmaq mümkün ola bilər: "Çünki hər iki tərəfin prinsipial mövqeyi getdikcə şiddətlənir. Ukrayna prezidenti Volodimir Zelenski də son açıqlamasında qeyd edib ki, Rusiya ordusunun sərhədlərdən çəkilməsi müharibəyə son qoymayacaq və bizim istəyimiz də bundan ibarət deyil. Demək ki, Ukrayna tərəfi qalibiyyətlərlə daha böyük iddialar daşıyır və Krımda daxil olmaqla geniş ərazini azad etmək niyyətindədir. Məhz buna görə də hazırda müharibə davam edir və belə görünür ki, 2023-cü ilə də keçid edəcəkdir. Bunun nəticəsində də müharibə hələ dünya iqtisadiyyatını dərindən sarsmağa davam edəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB