Ötən gecə rus hərbi qüvvələri mülki yaşayış məntəqələrinə, xüsusən də Odessa şəhərinə raketlər yağdırıblar. SİA xarici mətbuata istinadən xəbər verir ki, raketlər xüsusi olaraq elektrik infrastrukturunu hədəfə alıb. Son aylarda müdafiə xarakterli əks-hücuma keçən Ukrayna gecikmədən bu raketlərə cavab verib.
Rusiyanın işğalı altında olan Melitopoldan qisas alınması nəticəsində çoxlu işğalçı həlak olub. Şəhərin bir çox yerində yanğının başladığı bildirilərkən, işğal altında olan Donetsk və Krımdan da partlayış səsləri eşidilib. Moskvayönlü yerli rəsmilər Ukraynanın raket hücumları nəticəsində insan tələfatının olduğunu təsdiqləyib və hücumların ABŞ-ın təchiz etdiyi HİMARS raket sistemləri ilə həyata keçirildiyini vurğulayıb.
Rusiyanın Ukraynaya qarşı müharibəsində ən ağır bədəli mülki əhali ödəyir. Prezident Vladimir Zelenskinin paylaşdığı rəqəmlərə görə, daha milyonlarla ukraynalı öz ölkələrini tərk etməli olub; Rusiyanın fevralın 24-dən bu yana atdığı raketlərin 62 faizi mülki insanları hədəf alıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB