Aİ-dan Rusiyaya qarşı yeni sanksiya

Avropa İttifaqı (Aİ) sanksiya siyahısına 200-ə yaxın şəxs və qurumun, eyni zamanda, 3 Rusiya bankının əlavə edilməsi, ikili təyinatlı məhsulların ixracına, mədən investisiyalarına qadağa qoyulmasını ehtiva edən 9-cu sanksiya paketini hazırlayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Avropa İttifaqı Komissiyasının sədri Ursula fon der Leyen sosial media hesabında Rusiyaya qarşı həyata keçirilməsi planlaşdırılan 9-cu sanksiyalar paketinin təfərrüatları ilə bağlı video paylaşıb.

Rusiyanın Ukraynaya ölüm və dağıntı gətirməyə davam etdiyini bildirən fon der Leyen Rusiyanın qış dövründə dinc əhalini və infrastrukturu hədəfə alaraq Ukraynanı qəsdən iflic vəziyyətinə salmağa çalışdığını bildirib. “İndiyə qədər səkkiz sanksiya paketi Rusiyaya ziyan vurub”.

Ukraynanı dəstəkləməyə davam edəcəklərini vurğulayan fon der Leyen "bu günə qədər qüvvəyə mindirdiyimiz 8 sanksiya paketi Rusiyaya zərər verdi" ifadəsini işlədib.

Müəllif: Ziya Hikmət oğlu

Bütün xəbərlər Facebook səhifəmizdə