"Rusiyanın imicinə çox böyük zərər dəydi" - HƏRBİ EKSPERT RƏY BİLDİRDİ

"Rusiya ilə Ukrayna müharibəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan vasitəçilik elədi. Eyni zamanda Türkiyənin xarici işlər nazirliyi iki ölkənin xarici işlər nazirləri ilə görüşlər keçirdi". Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Emil Həsənli deyib.

Onun sözlərinə görə, Türkiyə prezidenti həm Ukraynada, həm də Rusiyada görüşlər keçirərək atəşkəsin əldə olunmasını, razılığın əldə olunmasını istədi. Ukrayna müharibənin ilkin dövründə buna razılıq verdi. Lakin Amerikanın və Qərbin təzyiqlərinə görə bu müharibə daha da alovlandı. Rusiya bir çox Ukrayna ərazisini işğal etmişdi. Ukrayna da bu işğal olunan əraziləri geri qaytarmaq istəyir. Qərbdə Ukraynaya hər cür dəstək olur. NATO-da Ukraynaya hər cür dəstək verir. Onlara silah yardımları edilir və təlimlər keçirilir. Bununda nəticəsində Rusiya bu müharibədə böyük itkilər verməyə başladı. Bu müharibədə faktiki hələ ki, məğlub olan Rusiyadır və Rusiya bunu anlayaraq atəşkəs müqaviləsini imzalamaqda maraqlıdır. Rusiya bildiyiniz kimi müharibə zamanı səfərbərlik təşkil edə bilmədi, orduya adam yığa bilmədi, vətəndaşlar döyüşməkdən boyun qaçırdılar. Rusiyanın özünün də iqtisadiyyatına böyük zərbələr dəydi. Bir çox beynəlxalq şirkətlər və qurumlar Rusiyaya qarşı sanksiyalar tətbiq elədi. Hal-hazırda da Rusiyanın imicinə çox böyük zərər dəydi və hamı onları işğalçı bir dövlət kimi tanıyırlar".

Müəllif: Ziya Hikmət oğlu

Bütün xəbərlər Facebook səhifəmizdə