"Yaxın 3 ay ərzində tamami ilə bitəcəyi nəzərdə tutulmur" -HƏRBİ EKSPERT RƏY BİLDİRDİ

"Ukraynada gedən Rusiya və Qərb arasında müharibə elə bir düyünə düşüb ki, bu müharibənin yaxın vaxtlarda bitəcəyi gözlənilən deil. Bu spzləri SİA-ya açıqlamasında hərbi ekspert Ramil Məmmədli deyib.

Onun sözlərinə görə, yaxın 3 ay ərzində tamami ilə bitəcəyi nəzərdə tutulmur. Məsələ burasındadır ki, Ukrayna hakimiyyəti atəşkəsin imzalanması ilə bağlı bundan öncə ki, təklifləri qəbul etmədi. Bu gündə o istəkdə deyil. Bir mənalı olaraq ərazilərin geri qaytarılması ümidi ilə müharibəni davam etməkdə israrlıdır. Rusiya isə hərbi əməliyyatların növbəti mərhələsinə başlayıb. Nəzarətə götürdüyü işğal olunan əraziləri öz nəzarətində saxlamağa çalışır. Müdafiə xəttini gücləndirir, raket, artileriya sayını artırıb və canlı qüvvənin sayını artırıb. Bu baxımdan Rusiya tərəfinin mövqeyidə israrlı görünür. Ukrayna belə görünür ki, Qərbin, Amerikanın, Almaniyanın və Fransanın razılığı olmadan bu atəşkəsin imzalanması ilə bağlı hər hansı bir danışıqlara getməyəcək. Hətta atəşkəs imzalansa belə Rusiya ələ keçirtdiyi əraziləri geri qaytarmaq niyyətində deyil. 2014-cü ildə həmin ərazilərin qorunması və müdafiəsi üçün əlindən gələni edəcək".

Müəllif: Ziya Hikmət oğlu

Bütün xəbərlər Facebook səhifəmizdə