NATO-nun baş katibi Yens Stoltenberq qeyd edib ki, Rusiya Ukraynadakı müharibəyə laqeyd yanaşmamalıdır və qış yaxınlaşdıqca Rusiyanın hücumları Ukrayna xalqına böyük humanitar iztirablar gətirir. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Berlin Təhlükəsizlik Konfransının 2-ci günündəki çıxışında Stoltenberq Rusiya-Ukrayna müharibəsinə toxunaraq, Ukraynanın da əhəmiyyətli qazanc əldə etdiyini, Müttəfiqlərin Ukraynaya qabaqcıl silah sistemləri göndərdiyini və “böyük fərq” yaratdıqlarını bildirib.

NATO müttəfiqlərinin Ukraynaya hərbi dəstək verməyə və qabaqcıl silahlar və hava hücumundan müdafiə sistemləri göndərməyə davam edəcəyini vurğulayan Stoltenberq, "Almaniyanın Ukraynaya əhəmiyyətli maliyyə, humanitar və hərbi yardımlarla güclü dəstəyini alqışlayıram" dedi. Yens Stoltenberq həmçinin Almaniyanın müdafiə xərclərini əhəmiyyətli dərəcədə artırmaq qərarını alqışladığını ifadə edərək, Alman silahlı qüvvələri Bundesverin NATO-nun çəkindirmə və müdafiə planlarında mühüm rol oynadığını bildirib.

Müəllif: Ziya Hikmət oğlu

Bütün xəbərlər Facebook səhifəmizdə