"Azərbaycanla Qərb arasında hər zaman konstruktiv münasibətlər olub" - DEPUTAT ŞƏRH ETDİ

"Azərbaycanla Qərb arasında hər zaman konstruktiv münasibətlər olub. Xatırlatmaq yerinə düşərdi ki, dəfələrlə ABŞ rəsmiləri Azərbaycan Prezidentinə öz xoş sözlərini, əməkdaşlığının genişləndirilməsinin niyyətlərini ünvanlayıblar". Bu sözləri SİA-ya açıqlamasında milli məclisin deputatı Elşad Mirbəşiroğlu deyib.

Onun sözlərinə görə, ABŞ Dövlət Departamentinin rəhbəri dəfələrlə Azərbaycan Respublikasının Prezidentinə telefonla zəng edib, münasibətlərin, əməkdaşlığın perspektivlərini, səviyyəsini nəzərdən keçiriblər. Dəfələrlə şahidi olmuşuq ki, ABŞ prezidentləri bu və digər məsələlərlə bağlı ölkə başçımıza məktublar ünvanlayıblar. Həyata keçirilən enerji layihələri ilə bağlı Azərbaycan Prezidentinin liderliyini təqdir ediblər. Bu baxımdan hesab edirəm ki, iki tərəf arasında münasibətlər hər zaman normal olmuşdur".

"O ki, qaldı Azərbaycan Ermənistan münasibətlərinin tənzimlənməsi ilə bağlı məsələsində ABŞ-ın roluna, təbii ki, Azərbaycan tərəfi töhfə verə biləcək hər bir addımı dəstəkləyir. Ölkə Prezidentidə dəfələrlə öz çıxışlarında bildirmişdir ki, prosseslərə müsbət element qata biləcək hər bir addım bizim tərəfimizdən bəyənilir. Əgər ABŞ-da Azərbaycan Ermənistan münasibətlərinin normallaşması ilə bağlı ortada sərgilən xoş niyyət varsa, təbii ki, bizim üçün olduqca müsbət bir haldır. Cənab Prezidentin mövqeyindən də göründüyü kimi Azərbaycan hər zaman əməkdaşlığa hazırdır. Hesab edirəm ki, mahiyyət etibarı ilə Azərbaycan bütün dünya ölkələri ilə və yaxud da ki, coğrafi arialla ölçmüş olsaq, həm şərqlə, həm də qərblə çox konstruktiv münasibətlərə malikdir. Azərbaycan qərblə və şərq arasında ən böyük perspektiv körpü rolunu oynayan bir dövlətdir. İstər Avropada, istərsə də ABŞ-da Azərbaycana qarşı böyük hörmət görülür, Azərbaycana etibarlı tərəfaş kimi baxılır, Azərbaycanla əməkdaşlıq arzusu nümayiş etdirilir".

Müəllif: Ziya Hikmət oğlu

Bütün xəbərlər Facebook səhifəmizdə