Noyabrın 29-30-da Rumıniyanın paytaxtı Buxarestdə keçiriləcək Xarici İşlər Nazirləri Toplantısı öncəsi çıxış edən NATO-nun baş katibi Yans Stoltenberq Rusiya lideri Vladimir Putinin Ukraynada uduzduğu üçün daha vəhşiliklə cavab verdiyini bildirib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Rusiyanın hücumları səbəbiylə Ukrayna üçün qışa dəhşətli bir başlanğıc olduğunu ifadə edən Stoltenberq, “Rusiyanın Ukraynaya qarşı apardığı müharibənin bədəlini hamımız ödəyirik, amma ödədiyimiz qiymət puldur, ukraynalıların ödədiyi qiymət qandır. “Əgər biz Putinin qalib gəlməsinə imkan versək, hamımız uzun illər üçün daha yüksək qiymət ödəyəcəyik”.

Rusiyanın hücumları səbəbiylə Ukrayna üçün qışa dəhşətli bir başlanğıc olduğunu ifadə edən Stoltenberq, “Rusiyanın Ukraynaya qarşı apardığı müharibənin bədəlini hamımız ödəyirik, amma ödədiyimiz qiymət puldur, ukraynalıların ödədiyi qiymət qandır. “Əgər biz Putinin qalib gəlməsinə imkan versək, hamımız uzun illər üçün daha yüksək qiymət ödəyəcəyik”.

Müəllif: Ziya Hikmət oğlu

Bütün xəbərlər Facebook səhifəmizdə