"İsrail hər zaman Azərbaycanla müttəfiq olduğunu bəyan edib" - EKSPERT ŞƏRH ETDİ

"Azərbaycanın İsraildə səfirliyin və Fələstində nümayəndəliyin açılması ilə bağlı qərarı hesab edirəm ki, Azərbaycan Respublikasının müstəqil xarici siyasət yeritməsi və bu xarici siyasətində heç kimin təhdid və hədələrindən çəkinmədiyini göstərən ən ciddi bariz nümunələrindən biridir". Bu sözləri SİA-ya açıqlamasında Beynəlxalq ekspert Anar Əliyev deyib.

Onun sözlərinə görə, Azərbaycanın haqq mübarizəsində uzun illər dayanan müttəfiqlik münasibətləri və bu mübarizədə göstərdiyi ciddi dəstəyə görə İsrail dövləti ilə Azərbaycan dövləti arasında diplomatik münasibətlərin dahada genişləndirilməsi və orada səfirliyimizin açılmasını ciddi şəkildə bir müttəfiq dövlətin sərgilədiyi ciddi mövqeyə görə, bir dost addım kimi qiymətləndirirəm. Eyni zamanda Fələstində də nümayəndəliyimizin açılmasının Azərbaycanın həm də balanslı siyasət yeritdiyini və müsəlman həmrəyliyi nümayiş etdirdiyini bir daha göstərir. Bu açıq şəkildə Azərbaycan dövlətinin hətta dostları ilə, müttəfiqləri ilə münasibətdə bütün dəyərləri qoruyub saxlayan, ciddi bir tərəfdaş və dövlət olduğunu göstərir. Azərbaycanın bu davranışı bir çox ölkələr üçün, xüsusi ilədə bölgədə olan qonşu dövlətlərimiz üçün nümunəyə çevrilməlidir. Xüsusi ilə cənub qonşumuz olan İran dövləti Azərbaycanın atdığı bu balanslı addımnan nəticə çıxarmalıdır. Azərbaycan və Ermənistan arasındakı münasibətlərdə açıq-açıqına haqsız tərəfin yanında olmağına görə bir daha düşünməli və bu addımını götür qoy etməlidir. Azərbaycan dövlətinin isə atdığı bu addım bizim gücümüzdən, qüdrətimizdən, xüsusilədə 2020ci ildə torpaqlarımızı işğaldan azad etdiyimiz 44 günlük Vətən müharibəsində sonra yaranmış reallıqların şərtlərinə uyğun olaraq atılmış ən ağıllı addımlardan biridir. İsrail hər zaman Azərbaycanla dost müttəfiq olduğunu həm bəyan etmiş, həm də bunu dəfələrlə real həyatda əməlləri ilə sübut etmişdir. İsrail Prezidenti İshak Hersoqun Azərbaycan Prezidenti cənab İlham Əliyevə telefon zəngi etməsi və Tel-Əvivdə səfirlik açmasl ilə bağlı qərarına görə təşəkkürünü bildirməsi, həm də iki dost arasında, iki qardaş arasında münasibətlərin hansı səviyyəyə yüksəldiyini göstərmişdir. Hesab edirəm ki, Azərbaycan dövləti İsraildə və Fələstində diplomatik korpusun yaradılması ilə bağlı qərarı elan etməklə dünya dövlətlərinə bir daha yeni bir nümunə ortaya qoymuş oldu. Və bu cəsarətli fəaliyyətin önündə məhz Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və onun uzaq görən, düşünülmüş, nəticə yönümlü fəaliyyəti baxışları dayanır".

Müəllif: Ziya Hikmət oğlu

Bütün xəbərlər Facebook səhifəmizdə