Ukraynada müharibə tam sürətlə davam edərkən ABŞ-dan diqqətəlayiq bir addım atılıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, ABŞ Ukrayna qüvvələrinə qarşı məhkəməsiz qətllərlə bağlı iddiaları araşdırdığını bildirib. Dünyada törədilən müharibə cinayətlərini araşdıran ABŞ-ın xüsusi nümayəndəsi Beth Van Schaack, Ukrayna qüvvələrinə qarşı məhkəməsiz qətllər iddialarını da araşdırdıqlarını söyləyib. Beth Van Schaack jurnalistlərə bildirib ki, Ukrayna qüvvələrinin təslim olan 12 rus əsgərini öldürdüyünə dair iddiaları araşdırırlar.

Müəllif: Ziya Hikmət oğlu

Bütün xəbərlər Facebook səhifəmizdə