Uşaqlar arasında yayılan yeni virusla necə mübarizə aparılmalıdır? - PEDİATR AÇIQLADI

"Rota virusu infesiyası ilk 4-5 yaşdakı uşaqlarda kəskin başlanğıclı ishalın ən sıx görülən səbəblərindəndir Rotaviruslar ishalın ortaya çıxmasından öncəki günlərdə də nəcisdə bol miqdarda rast gəlinir. Yoluxma virusla kontaminasiya olunmuş su və ya qida ilə yoluxur. Xüsusilə baxça, uşaq evləri və uşaqların sıx kontaktda olduğu yerlərdə olur. Ailə içi yayılma sıx rast gəlinir". Bu sözləri SİA-ya açıqlamasında mütəxəssis pediatr Yüksel Hüseynli deyib.

Onun sözlərinə görə, başlıca əlamətləri adətən 48 saatdan az davam edən gizli dövrü izləyən temperatur, qusma ilə başlayır: "Sıx, sulu, xüsusilə çox pis qoxulu qansız ishalla davam edir. İshal 5 - 7 gün davam edə bilir. Xüsusilə südəmər uşaqlarda qusma, ishal səbəbilə dehidratasiya əmələ gələ bilər. İmmun sistemi zəif olan xəstələrdə xəstəlik daha uzun ve ağır gedişatlı olur.

Diaqnoz:

Nəcisin analizində rotavirus antigeninin müsbət olmağı diaqnozu təsdiqləyir. Lakin diaqnoz müalicənin gedişatına, dehitratasiya və rehidratasiya prosesinə standart yanaşmaya təsir etmədiyi üçün vacib deyil. Çünki müalicə simptomatik olub, sadəcə maye itkisini bərpa etməyə, temperaturu tənzimlənməyə yönəlib. Südəmər uşaqlarda süd əmizdirmə artırılmalı, digər hallarda əsasən yağsız qidalanma olmaqla, qidalanmaya davam edilməlidir".

Yüksəl Hüseynli xəstəlikdən qorunma yollarını qeyd edib: "Ümumi gigiyena qaydalarına əməl etmək yoluxmanın azaldılmasına təsir edir. Əl yuma, yoluxmuş şəxslərlə kontaktdan qaçınılma, ishalın qarşısının alınmasında vacib rol oynayır. Şikayətlərin əmələ gəlməsindən 10-12gün müddətində də nəcislə virus atılır.

Son olaraq, bağça və məktəb yaşlı uşaqlar, qardaş bacısı bağça və ya məktəbə gedən uşaqlar risk qrupundadır. Xəstəlik əlaməti rast gəlinən uşaqlar vaxt itirmədən həkimə aparılmalıdır".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə