Uşaqların gec dil açmasına SƏBƏB NƏDİR? - MÜTƏXƏSSİS AÇIQLADI

"Uşaqların gec dil açması daha çox valideynlərin etdiyi səhvlərlə bağlı olan bir problemdir. Valideynlər daha çox işə və ya digər məşğuliyyətlərə zaman ayıraraq uşaqla ünsiyyət məsələlərini minimuma endirirlər. Həmçinin, uşaqları susdurmaq üçün valideynlər əmzikdən eyni zamanda telefon və ya planşetdən istifadə edirlər". Bu sözləri SİA-ya açıqlamasında uşaq xəstəlikləri və müalicəsi üzrə mütəxəssis Kənan Qarayev deyib.
Onun sözlərinə görə, uşaqlar ünsiyyətsiz qaldıqda onlarda dil gəlişiminin inkişaf etməməsinə gətirib çıxara bilir: "Valideynlər uşaqları vaxtında bağçaya göndərmək istəmirlər. Bu da onların danışmasına təsir göstərən amillərdəndir. Ona görə də doğulan gündən etibarən uşaqlarla ünsiyyət yaratmaq, 2 yaşdan sonra isə bağçaya göndərməyə üstünlük vermək lazımdır".

Mütəxəssis sözlərinə davam edərək həmçinin qeyd edib ki, özgüvən olmadıqda, sosiallaşma prosesi düzgün inkişaf etmədikdə özünü ifadəetmə sıxıntıları, danışma gerilikləri yarana bilir: "Valideynlər daha sonra uşaqların gec danışması ilə bağlı loqopedə, inkişaf mərkəzlərinə müraciət etsələr də, bütün bunlar nəticəsiz qala bilir. Buna görə də valideynlər bu məsələyə diqqətlə yanaşmalıdır. Çünki bu məsələ uşaqların həyat tərzinin formalaşması baxımından çox vacibdir".

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə