Koronavirus hamilələrdə erkən doğuma səbəb ola bilər? - GİNEKOLOQ AÇIQLADI

"Hər xəstəyə eyni sözü demək olmur. Hər şey insanın bədən immunitetindən asılıdır. Hər bir hamilənin orqanizminin öz fərdi xüsusiyyəti var". Bu sözləri SİA-ya açıqlamasında cərrah, mama-ginekoloq Ləman Əliyeva deyib.

Onun sözlərinə görə, elə hamilə qadın var ki, koronavirusu çox yüngül keçirir: "Lakin eləsi də var ki həddindən artıq ağır keçirir. Ona görə də hər şey xəstəliyi keçirmə xüsusiyyətindən və məcburiyyət qarşısında qalıb hansı dərmanları istifadə etməsindən asılıdır".

Həkim sözlərinə belə davam edib: "Təbii ki, orqanizmi biraz da zəif olan hamilə qadın koronavirusu ağır keçirəcək, daha çox müalicə almaq məcburiyyətində qalacaq. Bu zaman da nəinki erkən doğuşa, hətta digər fəsadlara, uşaqda problemlərə səbəb yaranacaq".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə