Uşaqlar arasında qripə yoluxma riski niyə daha çoxdur? - HƏKİM AÇIQLADI

Bildiyimiz kimi son vaxtlar həm böyüklər, həm də uşaqlar arasında qrip halları çox artıb. Lakin bu artım uşaqlarda daha çox rast gəlinir. Bəs, belə halların qarşısı necə alına bilər? Niyə uşaqlar arasında qripə yoluxma halları daha çoxdur? SİA məsələ ilə bağlı həkim pediatr Sevda Novruzovanın fikirlərini öyrənib.

Onun sözlərinə görə, ümumiyyətlə, payız və qış ayları virus xəstəliklərinin artıb və çoxalan bir dövrüdür: "Öncəki illərdə də yoluxma sayı çox olurdu indi də çoxdur. Qrip deyəndə hər kəs panik olur. Bunun qarşısını almaq üçün maksimal olaraq kütləvi məkanlardan uzaq olmaq lazımdır. Uşaqları kütləvi məkanlara aparmaq lazım deyil. Xəstəliyin yoluxma sayını bu şəkildə azaltmaq olar".

Həkim sözlərinə belə davam edib: "Qış aylarında immuniteti artırmaq üçün qeyd etdiyim kimi vitamin və minerallarla zəngin, meyvə-tərəvəzlərlə zəngin bol-bol qidalardan istifadə olunmalıdır".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə