"Omikron" yeni bir pandemiyaya səbəb ola bilər - PROFESSOR AÇIQLADI
Avropa İttifaqının Tibbi Mikrobiologiya Laboratoriyasının rəhbəri prof.dr. Herman Goossens, koronavirusun "Omikron" variantının yeni bir pandemiyaya səbəb ola biləcəyini söyləyib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Goossens, Cənubi Afrika və İngiltərədən “narahatedici” məlumatlar aldığını bildirib və yeni variantdan çox narahat olduğunu vurğulayıb. Belçikalı professor peyvəndin əsasən böyükləri qorumaq üçün edildiyinə diqqət çəkərək, virusdan çox təsirlənməyən 5-12 yaş arası uşaqları peyvənd etməkdə o qədər də həvəsli olmadığını bildirib.
Müəllif: Rüqəyya Orucova
Bütün xəbərlər Facebook səhifəmizdə