Uşaqlarda artan səpkilərə aydınlıq gətirildi - HƏKİM DANIŞDI

“Uşaqlarda səpkilərlə müşahidə olunan allergik xəstəliklər həmişə olan xəstəliklərdir. Allergik xəstəliklər əsasən yaz-payız aylarında müşahidə olunur ki, bu da normal qəbul edilir”. Bu sözləri SİA-ya açıqlamasında həkim-infeksionist Namiq Nəbiyev söyləyib.

“Digər xəstəliklər də var ki, o xəstəliklər infeksion xəstəliklər qrupuna aiddir. Məsələn su çiçəyi, qızılca, məxmərək və ya allergik rinit xəstəlikləridir ki, o xəstəliklər də hava-damcı yolu ilə yayılır. Qaldı ki, valideyinlər bu xəstəliklərdən övladlarını necə qorusunlar? Gigiyenik qaydalara riayət etmək, tərlədikdə uşaqların alt paltarların dəyişdirilməsi, yuyunmaq, dezinfeksiyaedici vasitələrdən və s. istifadə etmək çox vacibdir.

Valideynlər digər dərman vasitələrindən qəti şəkildə istifadə etməsinlər. Yaxşı olar ki, pediatrlarla və ya ixtisaslı həkimlərlə məsləhətləşsinlər, sonra uşaqlarına dərman preparatları təyin etsinlər”.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...