Ağ Evin mətbuat katibinin koronavirus testi pozitiv çıxıb

Ağ Evin mətbuat katibi Cen Psakinin koronavirus testinin cavabı müsbət çıxıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, ailələrində 1 nəfərin koronavirusa yoluxması səbəbindən hər gün mütəmadi olaraq test verib: “Testin cavabları hər gün mənfi olurdu. Lakin, bu gün cavab müsbət oldu”.

Mətbuat katibinin sözlərinə görə, o, çərşənbə günündən bəri prezident və ya administrasiyanın yüksək rütbəli üzvləri ilə əlaqə saxlamayıb. Onun ABŞ lideri Co Baydenlə son təması çərşənbə axşamı, iki metr aralıda maska taxaraq qatıldığı tədbirdə olub. Psaki əlavə edib ki, hazırda peyvənd sayəsində kəskin simptomlar hiss etmir və evdən işləyir. O, "Neqativ test cavabından sonra 10 günlük karantinin sonunda işə qayıtmağı planlaşdırıram” deyə bildirib.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə