Ukraynada ən çox gündəlik ölüm sayı qeydə alınıb

Ukraynada yeni növ "Covid-19" pandemiyasından son 24 saatda ölənlərin sayı 734 nəfər olub ki, bu da gündəlik ən yüksək səviyyədir. SİA xəbər verir ki, Ukrayna Səhiyyə Nazirliyinin verdiyi açıqlamaya görə, 129 min 63 nəfər "Covid-19" testi verib.

Son 24 saatda gündəlik 19 min 120 yoluxma hadisəsinin aşkar edildiyi və 734 nəfərin öldüyü ölkədə ən çox gündəlik ölüm sayı qeydə alınıb. Ukraynada may ayından etibarən azalmağa başlayan xəstələrin sayı sentyabrda yenidən artmağa başlayıb. Ən çox yoluxma 22 min 415 ilə 21 oktyabrda olub. Peyvənd olunanların sayı 9 milyonu ötüb. Fevralın 24-də kütləvi peyvəndləmə işlərinə başlanılan ölkədə son 24 saatda 254 min 920 min insan peyvənd olunub. Peyvəndlənənlərin ümumi sayı 9 milyon 151 min 478-ə çatıb.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə