Onkoloji xəstələrin sayı niyə artıb? - MARAQLI MƏQAMLAR - HƏKİM AYDINLIQ GƏTİRDİ

"Payız fəsli gələndə havalar soyuduğuna, nəm olduğuna görə bəzi xəstəliklər kəskinləşir. Məsələn, soyuqdəymə kimi hallar ola bilər ki, insanlar həkim müayinəsinə müraciət edir". Bu sözləri SİA-ya açıqlamasında həkim, onkoloq Rəna Niftəliyeva deyib.

Onun sözlərinə görə, payızda sinir və oynaq ağrıları artır: "Ona görə ümumiyyətlə, müayinəyə müraciət edən xəstələrin sayı çoxalır və müayinədən keçən zaman təbii ki, onkoloji xəstəlik varsa aşkarlanır".

Həkim sözlərinə belə daavm edib: "Qeyd edim ki, hər hansı bir xroniki xəstəlik payızda ağırlaşma verir. Məsələn, soyuqlama kimi qəbul edib öskürək zənn etdiyimiz şey, rentgen edən zaman bir ağciyər xərçəngi ola bilər və yaxud da sinə ağrısı kimi artan sinir ağrısı müayinədən keçən zaman sinədə xərçəng aşkarlana bilər. Yəni, bu kimi halları mədə - bağırsaq nahiyəsində yerləşən şişlərə də aid olunur. Bu baxımdan sırf payızda şiş xəstəliklərinin aşkarlanması statistikasının çox olması insanların həkimə daha çox müraciət etmələrinə səbəb yaradır".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə