Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların SAYI

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 64 520 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan SİA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 23 286, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 41 234 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 7 557 554, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 488 930, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 3 068 624 təşkil edir.

Bütün xəbərlər Facebook səhifəmizdə