Kolera epidemiyası 104 nəfərin həyatına son qoydu

Avqustun 9-da Nigerdə ​​elan edilən "Kolera" epidemiyasında 104 nəfər ölüb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Niger Səhiyyə Nazirliyindən edilən yazılı açıqlamada, paytaxt Niamey də daxil olmaqla ölkənin 6 bölgəsində 2874 "Kolera" xəstəliyinə rast gəlindiyi bildirilib. Avqustun 9-dan bu yana "Kolera" xəstəliyindən 104 nəfərin həyatını itirdiyi və bu xəstəlikdən ən çox 15-37 yaş qrupunun əziyyət çəkdiyi qeyd edilib. "Kolera" hadisələri ölkədə iyun -sentyabr aylarında yağışlı mövsümdə daha çox görülür. Afrikada tez-tez rast gəlinən "Kolera", keçən il Qərbi Afrika ölkələrində 22.366 insanda aşkarlandı və 475 insanın ölümünə səbəb olub. İnsanların nazik bağırsaqlarında "Vibrio" bakteriyalarının parazitizmindən qaynaqlanan kolera, əsasən içməli su və çirklənmiş su ilə yuyulan qidalar vasitəsilə ötürülür. İshal, qarın ağrısı, şişlik və qusma kimi simptomlara səbəb olan bu bakteriyalar, xəstəliyin bədənə girməsindən 6 ilə 48 saat sonra meydana gəlməsinə səbəb olur.

Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə