Bu halda birinci doza vaksin sertifikatından silinir - Nazirlik

Vaksinin birinci dozasından sonra koronavirusa yoluxan şəxsin adı sistemə düşübsə, sistem onun birinci dozasını avtomatik olaraq silir.

Bu barədə SİA-ya cavab olaraq bildirilib Səhiyyə Nazirliyindən bildirilib.

Məlumata görə, birinci dozadan sonra virusa yoluxanlar səhiyyə kartında göstərilən müddətdə ikinci dozanı qəbul edib, COVID pasportu ala bilməzlər: "Həmin şəxslərin 6 ay müddətinə immunitet sertifikatı olur. Xəstələnib sağaldıqdan 3 ay sonra növbə götürüb yenidən vaksinin hər iki dozasını qəbul etmək olar".

Bütün xəbərlər Facebook səhifəmizdə