Azərbaycanda son sutkada 84 mindən çox vaksin vurulub

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 84 232 vaksin vurulub. Nazirlər Kabineti yanında Operativ Qərargahdan SİA-ya erilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 54 063, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 30 169 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 6 419 537, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 3 884 713, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2 534 824 təşkil edir.

Bütün xəbərlər Facebook səhifəmizdə