“Gözdə olan qara su zamanı itirilən görmə faizini geri qaytarmaq mümkün deyil” - OFTOLMOLOQ
"Göz təzyiqi – qlaukoma, el arasında ona qara su deyirlər. Gözün mirvari suyuna isə katarakta deyirlər, onun əməliyyatı zamanı, 100 faiz görmə qabiliyyəti bərpa olunur".
Bu sözləri SİA -ya açıqlamasında professor, Azərbaycan Tibb Universitetinin Oftalmologiya kafedrasının müdiri Paşa Musayev Qəlbinur bildirib.

Onun sözlərinə görə, ancaq qara suda itirilən görmə hissini geri qaytarmaq mümkün deyil"
"Əgər xəstə sənə müraciət edibsə, 50 faiz görmə qabiliyyətini itiribsə, sən onu əməliyyat edirsən ki, 50 faiz görmə qabiliyyəti yerində qalsın. Məsələn, 30 faiz görmə qabiliyyəti itibsə əməliyyat zamanı, 70 faiz görmə qabiliyyəti qalır.
Ona görə də onun erkən diaqnostikası çox vacibdir. Xalqımız bu məqamlara diqqət etməlidir. Hər bir insan 40 yaşından sonra ildə bir dəfə gözü müayinəsindən keçirməlidir.
Əgər onun nəsilində, irsiyyətdə qlaukoma, yaxın qohumlarında qara su olursa, həmin adamlar təbiidir ki, 40 yaşını gözləməsinlər. Onlar belə gənc yaşlarında ildə bir dəfə oftalmoloqun müayinəsindən keçsinlər.
İndi olduqca yeni üsullar, gözəl cərrahi üsullar, ağrısız, bir neçə dəqiqə icra olunur. Göz damlaları adətən onun qarşısını əksər hallarda ala bilmir. Ona görə də qlaukoma xəstələri cərrahi müalicə ilə müalicə olunurlar.
Çox qısa müddətdə, bu proses davam edir və problem həll olunur.
Yəni, ümumiyyətlə, hər bir adam inandığı oftalmoloqa müraciət etsin. Əgər nəsildə qara su, qlaukoma varsa və yaxud da hər hansı bir müayinədə tapılıbsa və yaxud ildə bir dəfə, deməli, 40 yaşından sonra müayinə olunsun".
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)


USD
EUR
GBP
RUB