Ürək xəstəlikləri dünya üzrə ölümlərin 33 faizini təşkil edir...

Kardioloqlar: Ürək-damar xəstəlikləri ildə 19 milyon insanın həyatına son qoyur...

...Ürək-damar xəstəlikləri bütün dünyada ölümün əsas səbəbi olaraq qalır. Son 33 ildə ölənlərin sayı ildə 13 milyondan 19 milyona yüksəlib.

SİA xəbər verir ki, Amerika Kardiologiya Kollecinin 1990-2023-cü illəri əhatə edən geniş miqyaslı araşdırmasına görə, ürək-damar xəstəlikləri ölümün əsas səbəbi olaraq qalır.

Onlar bütün ölümlərin təxminən üçdə birini təşkil edir, eyni dövrdə bu göstərici 13,1 milyondan 19,2 milyona yüksəlir. 204 ölkənin məlumatlarını əhatə edən araşdırma gender balanssızlığını aşkar edib: əksər regionlarda kişilər qadınlardan daha çox bu xəstəliklərdən ölürlər.

Mütəxəssislər qeyd edirlər ki, ürək-damar xəstəlikləri ömür illərini nəzərə alan DALY (Direct Age Lives) metrikəsində əsas amildir.

Kardioloqlar əsas risk faktorlarının idarə oluna biləcəyini vurğulayırlar: artıq çəki, hipertoniya, yüksək qan şəkəri və xolesterin...

Pəhrizin dəyişdirilməsi, müntəzəm fiziki fəaliyyət və sistematik tibbi monitorinq patologiyaların inkişaf riskinin 80 faizə qədərinin qarşısını ala bilər.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə