Arıqlamağa kömək edən vərdişin adı çəkildi...

Həkim hər dişləməni ən azı 30 dəfə çeynəməyi tövsiyə edir

...İspan dietoloqu Karlos Andres Zapatanın fikrincə, uğurla arıqlamaq üçün ciddi pəhrizləri unudub, diqqətinizi sadə bir hərəkətə - çeynəməyə yönəltmək lazımdır.

SİA-nın məlumatına görə, ekspert bu gözlənilməz, lakin təsirli məsləhətini El Confidencial-a müsahibəsində səsləndirib.

Həkimin fikrincə, yeməkdə özünüzü məhdudlaşdırmağa və ya "sehrli" pəhrizlər axtarmağa ehtiyac yoxdur - yemək prosesinə diqqət yetirmək daha faydalıdır.

Zapata hər dişləməni ən azı 30 dəfə çeynəməyi tövsiyə edir. Bu, nəinki bağırsaq funksiyasını yaxşılaşdırır, həm də daha az yeməyə kömək edir – yavaş-yavaş yemək bədəninizə toxluğu tanımaq və həddindən artıq yeməyin qarşısını almaq üçün vaxt verir.
Mütəxəssis qeyd edib ki, "Daim tez yemək yeyirsinizsə, bu, artıq çəki və həzm problemlərinə səbəb ola bilər".

Dietoloqun məsləhəti İspaniyanın Qida Təhlükəsizliyi və Qidalanma Agentliyinin (AESAN) tövsiyələri ilə eynidir. Mütəxəssislər təkcə pəhriz deyil, ümumilikdə qidalanma vərdişlərinin də vacibliyini vurğulayırlar.

AESAN üzvlərinə görə, çeynəmə həzmdə çox vaxt diqqətdən kənarda qalan, lakin iştaha nəzarətdə və ümumi rifahda mühüm rol oynayan əsas addımdır.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə