Niyə birdən-birə şirniyyatdan imtina etməməlisən..?

…Dietoloq xəbərdarlıq edir ki, şəkərdən qəfil imtina stress yarada və psixoloji vəziyyəti pisləşdirə bilər. O, şirniyyat istehlakının tədricən azaldılması və özünə nəzarətin sağlamlığınıza zərər vermədən şəkər asılılığını aradan qaldırmağa kömək edəcəyini izah edib.

Mütəxəssis qeyd edib ki, şəkərdən asılılıq nikotin və ya alkoqol asılılığı ilə müqayisə oluna bilər.

…Biz əsl asılılıqla qarşılaşırıq, lakin eyni zamanda, heç kim çox şirniyyat yeyən insanı xəstə hesab etmir.

SİA-nın məlumatına görə, ekspert xəbərdarlıq edib ki, maddədən qəfil imtina, həzmə zərər verməsə də, psixoloji diskomfort, təşviş və əhval-ruhiyyənin dəyişməsinə səbəb ola bilər.

Diyetoloq şəkər istehlakını tədricən azaltmağı tövsiyə edir:

-Pəhrizinizdə şirniyyatların miqdarını tədricən azaldın;

-Zərərli qidaları meyvə, giləmeyvə və ya təbii dadlandırıcılarla əvəz edin;

-Stress zamanı tez-tez baş verən şirniyyatlara və çörəklərə emosional həvəsi idarə edin.

…Əgər siz şirin çaya öyrəşmisinizsə, əvvəlcə şəkərin miqdarını yarıya endirməyə, sonra isə şəkərsizə keçməyə çalışın. Bu yanaşma bədəndəki stressi minimuma endirir.

Bunu deyən tibb işçisi xatırladıb ki, qida rasionunda şəkərin çox olması piylənmə, şəkərli diabet, ürək-damar xəstəlikləri və digər sağlamlıq problemləri riskini artırır. Bununla belə, şirniyyatdan tamamilə imtina etmək lazım deyil - onların miqdarına nəzarət etmək vacibdir.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə