…Alkoqoldan imtina etmək xolesterol səviyyələriniz üzərində gözlənilməz təsirlərə səbəb ola bilər. Tokio Elmlər İnstitutunun yapon alimləri belə qənaətə gəliblər.
SİA-nın məlumatına görə, JAMA Network Open-də dərc olunan araşdırma, alkoqol içməyi dayandıran insanların ürək-damar xəstəliyi riski ilə əlaqəli daha pis qan markerlərinə sahib olduğunu müəyyən edib.
On il ərzində tədqiqatçılar 57 mindən çox insanın sağlamlığına nəzarət ediblər. Məlum olub ki, alkoqoldan tamamilə imtina etdikdə qanda “pis” xolesterinin (aşağı sıxlıqlı lipoproteinlər) səviyyəsi yüksəlir, “yaxşı” xolesterolun (yüksək sıxlıqlı lipoproteinlər) səviyyəsi isə azalır.
Üstəlik, bir insan alkoqoldan imtina etməzdən əvvəl nə qədər çox içirsə, dəyişikliklər bir o qədər nəzərə çarpırdı.
Maraqlıdır ki, mütəmadi olaraq alkoqol içməyə başlayanlar bunun əksini göstəriblər: onların lipid profili yaxşılaşıb. Dozanın artması ilə təsir artıb.
Bununla belə, alimlər vurğulayırlar ki, bu, içməyə başlamaq üçün bir səbəb deyil - önəmli olan vərdişlərin dəyişməsinin maddələr mübadiləsinə təsir etməsidir.
Tədqiqatın müəllifləri mümkün ürək problemlərinin qarşısının dərhal alınması üçün həkimlərə alkoqollu içkilərə münasibətini qəfil dəyişmiş xəstələrdə xolesterinin səviyyəsinə nəzarət etməyi tövsiyə edirlər.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə