...Qara plastikin tərkibində olan maddələr, məruz qalma miqdarından asılı olmayaraq sağlamlıq üçün təhlükə yarada bilər.
SİA-nın məlumatına görə, bu fikri San-Fransiskodakı Kaliforniya Universitetinin reproduktiv elmlər üzrə professoru Treysi Vudruff deyib.
O, qeyd edib ki, müəyyən edilmiş təhlükəsizlik standartları, xüsusən də mətbəx qablarının tərkibində olan 420 min nanoqram bromlu alov gecikdiricisi həddindən artıq şişirdilə bilər və xərçəngin inkişaf riskinin olmamasına zəmanət vermir.
Bu xüsusilə hamilə qadınlar və körpələr üçün doğrudur.
...Öz növbəsində, onkoloq Yevgeni Çeremuşkin plastikin çoxdan gündəlik həyatın bir hissəsinə çevrildiyini izah edib. ...Parçalandıqda havaya, suya və qidaya yayılan mikrohissəciklər əmələ gətirir.
Həkimin sözlərinə görə, materialın əsas təhlükəsi qızdırılan zaman kanserogen maddələrin ayrılması ilə bağlıdır.
Bədəndə mikroplastiklərin yığılmasının hansı nəticələrə gətirib çıxara biləcəyi hələ də aydın deyil. Alimlər artıq onu müxtəlif insan toxumalarında, o cümlədən beyin və gözlərdə aşkar ediblər, lakin təsir mexanizmi hələ də öyrənilir.
Rus həkim, qara plastikin ucuz materiallar kateqoriyasına aid olduğunu vurğulayır və bir çox mütəxəssis əslində onu qızdırmaqdan çəkinməyi tövsiyə edir.
...Yeri gəlmişkən, kanserogen təsir təkcə qara plastikdə deyil, həm də istismar şərtləri pozulduğu təqdirdə başqa rəngli məhsullarda da özünü göstərə bilər.
Bu baxımdan, yüksək temperaturla plastik əşyaların təmasını minimuma endirmək tövsiyə olunur.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə