Meymunçiçəyi xəstəliyi əslində təzə yaranmış bir virus xəstəliyi deyil -HƏKİM AÇIQLADI

"Meymunçiçəyi virus xəstəliyi oluğuna görə nadir rast gəlinsə belə uşaqlarda da, böyüklərdə də yoluxma ehtimalı daha yüksəkdir". Bu sözləri SİA-ya açıqlamasında həkim-fitoterapevt, apiterapevt, bitkilər üzrə elmi işçi Elnur Eldaroğlu deyib.
Onun sözlərinə görə, amma ümuniteti zəif olan istər uşaqlarda, istərsə də böyüklərdə tez yoluxa bilərlər və daha da ağır keçirə bilərlər. "Həmin insanlarda əlavə olaraqda xroniki xəstəliyi olan insanlarda bu xəstəlik problem yarada bilər. Bir sıra bu tip virus xəstəlikləri bir neçə orqanlar üzərində təsir göstərdiyinə görə daha geniş spekterli simptomlara görə müalicə aparmalıdır. Meymunçiçəyi xəstəliyi əslində təzə yaranmış bir virus xəstəliyi deyil. Daha əvvələrdə bu xəstəlik var olub. Bu xəstəlikdən qorunmaqın ən yaxşı yolu gigeyna qaydalarına riayət etməkdir. Məsləhət görürəm ki, günlük gigeynaya əməl etmək və bir çox bilinməyən kontaktları azaltmaq lazımdır. Yoluxma sürətinin həddindən artıq qarşısını almaq üçün normal şəkildə bədən ümunitetini saxlamaq lazımdır. Məsələn gün ərzində tövsiyyə edə bilərəm ki, çörək otu bitkisindən də istifadə olunur. Bitkiləri 10 qram olmaqlar 200 ml stəkanda isti suyla dəmləyərək yeməkdən öncə istifadə etmək olar. Uşaqlara isə çörəkotu yağını da vermək olar. Yağı acı olarsa çörəkotunun dənəsindən də istifadə etmək olar.

Müəllif: Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə