Vərəm xəstəliyinə yoluxma 3 dəfə azalıb

"Uşaq və yeniyetmələrdə vərəmin profilaktikası: problemə müasir yanaşma” mövzusunda keçirilən elmi-praktik konfransın əsas mahiyyəti xəstəliklə bağlı cəmiyyəti geniş maarifləndirməkdir. Vərəm problemindən əziyyət çəkənlərin müalicəsində ilkin addım diaqnozun düzgün müəyyən edilməsidir. SİA xəbər verir ki, bunu Heydər Əliyev İlinə həsr olunmuş "Uşaq və yeniyetmələrdə vərəmin profilaktikası: problemə müasir yanaşma” mövzusunda Beynəlxalq elmi-praktik konfransında Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru İradə Axundova jurnalistlərə müsahibəsində deyib.

Vaxtında müdaxilənin bu problemdən əziyyət çəkən şəxsin sağalması üçün ilkin addım olduğunu qeyd edən İ.Axundova: “Bu kimi hallarda xəstəliyin profilaktikası ən vacib meyardır. Hazırda Azərbaycanda bu sahəyə çox böyük əhəmiyyət verilir. Səhiyyə Nazirliyinin dəstəyi ilə uşaqlar və yeniyetmələr, əsasən də risk qruplarına daxil olan şəxslər arasında müəyyən profilaktik tədbirlər görülür. Məhz bu tədbirlərin nəticəsində vərəm xəstəliyinə yoluxma halları 10 il bundan əvvəlin statistik göstəriciləri ilə müqayisədə 3 dəfə, 7 il əvvəlin nisbətinə baxanda isə 2 dəfə azalıb. Bu nəticə profilaktok tədbirlərin aparılması və gücləndirilməsi nəticəsində olub”, - deyə bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə