Vəba xəstəliyinin yayılma riski var - ÜST

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dünyada vəba xəstəliyinin yayılma riskinin olduğunu bəyan edib. SİA xəbər verir ki, ÜST bu barədə məlumat yayıb.

Bildirilib ki, qarşıdakı aylarda xəstəliyin yayıla biləcəyi ölkələrin sayı arta bilər.

“Dünyada vəba ilə bağlı ilk icmalın dərc edildiyi 2022-ci il dekabrın 16-dan bəri qlobal vəziyyət olduqca pisləşib. Mövcud vəziyyəti, o cümlədən epidemiyaların artması, onların coğrafi arealının genişlənməsi, həmçinin vaksinlərin və digər resursların çatışmazlığını nəzərə alaraq, ÜST qlobal səviyyədə riski çox yüksək qiymətləndirir", - deyə məlumatda qeyd olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə