COVID-19-a yoluxanların sayı yenidən min nəfəri ötüb

Belçikada 2021-ci ilin iyul ayından bəri ilk dəfə keçən ay 1000-dən aşağı düşən COVID-19-a yoluxanların gündəlik sayı yenidən bu rəqəmi keçib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, yeni yoluxma hallarının sayı əvvəlki həftə ilə müqayisədə 23 faiz artaraq 1152-yə çatıb. Bu rəqəm üç həftə əvvəlki məlumatlarla müqayisədə ikiqat artıma uyğundur. Xəstəxanaya yerləşdirilən xəstələrin sayı 22 faiz artaraq 76-a çatıb. Bununla belə, COVID-19 səbəbindən həyatını itirənlərin sayı 23 faiz azalaraq 4-ə düşüb. Belçika Avropada COVID-19 epidemiyasının ən şiddətli yayıldığı ölkələrdən biridir. 11,5 milyon əhalisi olan ölkədə 33 min 86 nəfər COVID-19-dan dünyasını dəyişib. Bildirilib ki, ölkədə dominant koronavirus variantı "Omikron" BA.5 olub. Gündəlik COVID-19 hadisələrinin sayı 2021-ci ilin iyulundan bəri ilk dəfə noyabrın 4-də 1000-dən aşağı düşüb.

Müəllif: Ziya Hikmət oğlu

Bütün xəbərlər Facebook səhifəmizdə