Yeni il şənlikləri keçirilərkən Kovid-19 xəstəliyi arta bilərmi? -İNFEKSİONİST-HƏKİM ŞƏRH ETDİ

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 31 yeni yoluxma faktı qeydə alınıb, 29 nəfər müalicə olunaraq sağalıb. Lakin xəstəlikdən ölüm halı qeydə alınmayıb. İndiyədək ölkədə ümumilikdə 823 954 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 813 750 nəfər müalicə olunaraq sağalıb, hazırda 232 aktiv xəstə var. Bu günə qədər 9 972 nəfər vəfat edib. Bəs "Yeni il" ərəfəsində baş tutacaq konsertlərdə və kütləvi tədbirlərdə vətəndaşların çoxluğu (COVİD-19) infeksiyasına yoluxmaların sayına təsir göstərəcəkmi? Bununla bağlı infeksionist-həkim Adil Qeybulla SİA-ya açıqlama verib.

Onun sözlərinə görə Kovid-19 pandemiyası hələ də bitməyib. "Ona görə də biz hər bir sürprizlə üz-üzə gələ bilərik. Amma bir şeyə aydınlıq gətirmək istəyirəm ki, pandemiya öz süqutuna doğru gedir, və öz sonuna yaxınlaşır. Bununda nəticəsində ağır və təhlükəli yeni dalğaların olması proqnozlaşdırılmır. Sadəcə olaraq kontaktların yoluxma intensivliyini artıra bilər. Nəzərə alaq ki, viruslar zəiflədikcə onların yoluxma indeksi artır, lakin öldürücü və ağırlaşdırılmış formada olmur. Mənim fikrimcə "Yeni il" şənliklərinin keçirilərkən yoluxmaların sayı arta bilər".

Müəllif: Ziya Hikmət oğlu

Bütün xəbərlər Facebook səhifəmizdə