Magistral yolda təyyarə ilə yük maşını toqquşub

Almaniyada təkmühərrikli təyyarə ilə yük maşını toqquşub. Qorxunc qəzada təyyarəni idarə edən pilot yüngül yaralanarkən, yük maşını sürücüsü xəsarət almadan xilas olub. SİA-xarici mətbuata istinadən xəbər verir ki, 72 yaşlı pilot Almaniyanın Reynland-Pfalts əyaləti üzərində Fransadan Hollandiyaya uçurdu. Dünən baş verən qəzadan sonra quru yolu nəqliyyatı bağlanarkən, qruplar bölgəyə yayılan benzin və hissələri təmizləmək üçün böyük səy göstəriblər. Magistral yol yalnız axşam saatlarında nəqliyyatın hərəkəti üçün açıla bilib. Qəzanın dəyərinin təxminən 60 min avro olduğu açıqlanıb.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...