Müəllimə şagirdi ilə cinsi münasibətdə oldu

ABŞ-da Amanda Şveiter adlı müəllim çılpaq fotolarını göndərdiyi azyaşlı şagirdi ilə avtomobilində cinsi əlaqədə olub. Hadisə şagirdin valideynləri Amandanın övladlarına göndərdiyi çılpaq fotolarını görüb vəziyyəti məktəb rəhbərliyinə bildirdikdən sonra üzə çıxıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, məktəb rəhbərliyi hadisə ilə bağlı polisə məlumat verdikdən sonra 42 yaşlı müəllim haqqında cinayət işi açılıb. Müəllimə münasibətdə olduğu tələbəsinin kiçik qardaşına da çılpaq fotolarını göndərdiyi üzə çıxdıqdan sonra 20 il müddətinə azadlıqdan məhrum edilib.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə