Arılardan qurtuldu, piraniyalardan isə... - DƏHŞƏTLİ HADİSƏ

Braziliyanın Minas Gerais əyalətində göldə balıq tutmaq istəyən 3 dost arıların hücumuna məruz qalıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, arı sürüsündən xilas olmaq üçün suya tullanan gənclər gölün piraniyalarla dolu olduğunu anlayıblar. \

İki dost göldən sağ-salamat çıxa bilsə də, 30 yaşlı üçüncü gənc yırtıcı balıqların qurbanı olub. Ülgüc kimi iti dişləri olan piraniyalar qısa müddətdə gəncin bədən və üz hissələrini yeyiblər. Tanınmaz hala gələn gəncin cansız bədəni köməyə gələn yanğınsöndürənlər tərəfindən sahildən 4 metr aralıda aşkar edilib.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə