2500-ə yaxın şəxs toylara buraxılmayıb - DİN

Ötən gün 2 461 nəfər COVID-19 pasportu olmadığına görə toy şənliklərinə buraxılmayıb. Bu barədə SİA-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Qeyd edək ki, iyulun 30-da Daxili İşlər Nazirliyinin (DİN), Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 289 toy şənliyinin monitorinqini həyata keçirib. Monitorinq 225 şadlıq sarayında, 64 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə