Meyiti tapılan qadın polis tərəfindən öldürülüb

Sabirabadda meyiti tapılan şəxs polis tərəfindən öldürülüb.

DİN Mətbuat Xidmətinin Şirvan regional qrupundan SİA-ya verilən məlumata görə, iyulun 22-də Sabirabad rayonu ərazisində Ulacalı kənd sakini Mübarək Ağayevanın meyitinin tapılması ilə əlaqədar keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə onun münaqişə zəminində tanışı, DİN-in Sabirabad Regional Mühafizə Şöbəsinin polis nəfəri, polis serjantı Əliağa Soltanov tərəfindən xidmətdən kənar vaxtı, kəsici-deşici alətlə qətlə yetirilməsi müəyyən olunub. Ə.Soltanov şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı Sabirabad rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə