Bakıda avtomobil, Tovuz və Ağcabədidə ev yanıb

Bakıda avtomobil, Tovuz və Ağcabədidə ev yanıb

Bakı şəhərinin Yasamal rayonunda “Opel” markalı minik avtomobilinin mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürlüb.

Tovuz rayonunun Alakol kəndində ümumi sahəsi 124 m² olan birmərtəbəli evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürlüb.

Ağcabədi rayonunun Boyat kəndində ümumi sahəsi 168 m² olan evin mətbəxinin yanar konstruksiyaları 20 m² sahədə və dam örtüyü 5 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürlüb.​

Bütün xəbərlər Facebook səhifəmizdə