Soyğunçuluq edən keçmiş məhkum tutuldu

Soyğunçuluq etməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini Ə.Əliyev müəyyən edilərək saxlanılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Sumqayıt ŞPİ-nin 2-ci PB-nə müraciət edən Bakı şəhər sakini R.Hüseynov sentyabrın 10-da Kimyaçılar qəsəbəsi ərazisində idarə etdiyi "Toyota" markalı avtomobilə sərnişin qismində oturmuş bir nəfərin onun mobil telefonunu açıq talama yolu ilə aldığını bildirib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Ə.Əliyev müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə