10 cinayətin üstü “isti izlər”lə açılıb DİN

10 cinayətin üstü “isti izlər”lə açılıb DİN

Daxili İşlər Nazirliyi (DİN) ötən gün ərzində daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələrə dair statistik məlumatları yayıb.

DİN-dən SİA-ya verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 10 cinayətin üstü “isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalmış 5 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 36 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 2 nəfər, borclu şəxs qismində axtarışda olan 22 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Respublikanın avtomobil yollarında 3 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 6 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 18 nəfər saxlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə