Gəncədə 4 avtomobil toqquşub - FOTO

Gəncədə 4 avtomobil bir-birilə toqquşub. SİA-nın bölgə müxbirinin xəbərinə görə, hadisə şəhərin Tağı Arani küçəsi ilə Şah İsmayıl Xətai prospektinin kəsişməsində baş verib. Əliyev Firudin Şahin oğlunun idarə etdiyi "Mercedes" markalı 20 CK 08 dövlət nömrə nişanlı avtomobil Məmmədov Vaqif Sabir oğlunun idarə etdiyi "VAZ 21 07" markalı 90 FZ 752 dövlət nömrə nişanlı avtomobilə toqquşub. Sürət həddinin yüksək olması qəzaya səbəb olub. Hadisə zamanı sürücülər arasında dava da düşüb. Əraziyə dərhal Gəncə şəhər Dövlət Yol Polisi əməkdaşları cəlb olunub. "VAZ 21 07" də olan sürücünün özü və yaxınları polisin hadisəyə qeyri-obyektiv yanaşdığını əsas gətiriblər və hüquq-mühafizə orqanı əməkdaşları ilə insident yaşayıblar.

Şahidlərin sözlərinə görə hadisə nəticəsində yoldan keçən piyada da xəsarət alıb. Hüquq-mühafizə orqanı əməkdaşları bunu nədənsə gizlətməyə çalışıb.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə