Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi fevralın 10-da davam etdirilir.
SİA xəbər verir ki, Bakı Hərbi Məhkəməsində keçirilən prosesdə Azərbaycan dövləti adından zərərçəkmiş qismində Nazirlər Kabineti Aparatının rəhbəri Rüfət Məmmədov çıxış edib. O, dövlət ittihamı tərəfindən təqdim edilmiş, ittiham aktında qeyd olunmuş bütün faktlarla, dəlillərlə, sübutlarla razı olduğunu söyləyib və bunun nəzərə alınmasını məhkəmədən xahiş edib.
Daha sonra zərərçəkmiş şəxslərin hüquqi varisləri - Azad Kərimov, Oqtay Şıxəliyev və digərləri çıxış edərək təqsirləndirilən şəxsin ən ağır cəzaya - ömürlük həbsə məhkum edilməsini məhkəmədən xahiş ediblər.
Təqsirləndirilən şəxs R.Vardanyan məhkəməyə müraciət edərək, müdafiəçisi Emil Babışovla danışmaq istədiyini bildirib. Məhkəmə onun vəsatətini təmin edib. Təqsirləndirilən şəxsin vəkili ilə görüşməsi ilə əlaqədar məhkəmədə fasilə elan olunub.
Məhkəmə prosesi fasilədən sonra davam etdiriləcək.
Xəbər lenti
Amerika şirkətləri Rusiya dizel yanacağını almaqdan imtina ediblər...
İqtisadiyyat 18:27Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir
Səhiyyə 17:46Bolqarıstan sahillərində yük gəmisi batıb...
Hadisə 17:23Binəqədidə restoranda yanğın başlayıb
Hadisə 15:31“Mədəniyyət və media ideoloji təhlükəsizliyin əsas dayaqlarıdır” - DEPUTAT
İqtisadiyyat 15:25Bakıda Milli Məşğulluq Forumu keçirilib
Sosial 14:492030-cu ildə 27-ci WPC Energy Konqresinə Azərbaycan ev sahibliyi edəcək
İqtisadiyyat 14:40Aİ Şurası Ukraynaya 8 milyard avro ayırıb
Dünya 14:38"Bir pəncərə" informasiya sistemi haqqında Əsasnamə" təsdiq edilib
İqtisadiyyat 14:37Xəzərin Azərbaycan sahilboyu ərazilərindəki idarəetmə ƏMDX-ya həvalə olunub
İqtisadiyyat 14:36Elin sözü qocalmır… -KÖŞƏ
Sosial 14:10Tehrandan ABŞ-a sərt və güclü hədə - MEDİA
Dünya 13:57Yeniyetmələrdə skolioz niyə yaranır? - HƏKİM DANIŞDI
Sosial 13:53Sabah hava yağmursuz olacaq
Hadisə 13:06Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
İqtisadiyyat 12:54Dövlət borcunun idarə olunması üzrə yeni strategiya hazırlanmalıdır
İqtisadiyyat 12:53“Özəl sektorun investisiya imkanları genişləndirilir” - Mikayıl Cabbarov
İqtisadiyyat 12:47“Dövlət şirkətləri büdcə üçün gəlir mənbəyinə çevrilir” - NAZİR
İqtisadiyyat 12:13Gələn il təhsil və elm xərclərinə 5,4 mlrd. manat vəsait ayrılacaq
İqtisadiyyat 11:56Azərbaycanda 140 nəfər enerji idarəçisi olmaq hüququ qazanıb
İqtisadiyyat 11:52Dövlət Neft Fondundan transfert 935 milyon manat azaldılacaq - Nazir
İqtisadiyyat 11:51Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,8731
-0,40%
-
GBP
2,2453
-0,19%
-
RUB
2,0649
+0,67%

2008-2026. Səs İnformasiya Agentliyi, Bütün hüquqlar qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir.
İfadə olunan fikirlərə sayt məsuliyyət daşımır.
Ünvan: Üzeyir Hacıbəyli küçəsi, 66; Bakı, Azərbaycan.
Email: [email protected] Tel.: (+994 12) 598-33-90; Faks: (+994 12) 493-11-62;



