Ötən il Bakıda 39 qətl törədilib

Ötən il Bakıda 39 qətl törədilib

Ötən il Bakıda 14 min 104 cinayət hadisəsi törədilib.

SİA xəbər verir ki, bu barədə Bakı Şəhər Prokurorluğunda 2025-ci ildə görülmüş işlərin yekunu ilə bağlı əməliyyat müşavirəsində deyilib.

Bildirilib ki, həmin cinayətlərin 93,4 %-nin açılması təmin olunub.

Həyata keçirilən tədbirlər nəticəsində 2025-ci ildə törədilən 39 qəsdən adam öldürmə cinayətinin və 19 qəsdən adam öldürməyə cəhdin hamısının, həmçinin ötən illərdən bağlı qalan 2 qəsdən adam öldürmə və 1 qəsdən şəxsin ölümünə səbəb olan ağır xəsarət yetirmə cinayətlərinin açılması təmin edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə