Ünvana çatdırmalı olduqları kosmetoloji məhsulları oğurlayan kuryerlər saxlanılıblar
Paytaxtın Yasamal rayonunda oğurluq hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, zərərçəkən polisə müraciət edərək sifariş verdiyi 1800 manat dəyərində kosmetoloji vasitələrin talandığını bildirib. Polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən A. Əlizadə və Z. Rüstəmzadə saxlanılıblar.
Araşdırmalar nəticəsində məlum olub ki, zərərçəkənin sifariş verdiyi 50 qutu kosmetik ləvazimat çatdırılma şirkəti vasitəsilə ona göndərilib. Saxlanılanlar isə həmin şirkətin kuryer xidmətini həyata keçirərkən yolda bağlamaların bir hissəsini oğurlayıblar. Onlar ifadələrində taladıqları kosmetik ləvazimatları satdıqlarını bildiriblər.
Araşdırmalar davam etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB