Gəncədə avtomobilin aptekə çırpılması nəticəsində xəsarət alanların vəziyyəti açıqlanıb

Gəncə şəhərində avtomobilin aptekə çırpılması nəticəsində xəsarət alanların vəziyyəti məlum olub. Bu barədə SİA-ya TƏBİB-dən məlumat verilib.

Bldirilib ki, avqustun 20-də saat 00:40 radələrində 2 qadın, iki kişi olmaqla 4 nəfər Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan akademik Z.Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Müxtəlif növ yüngül bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri stabil olan şəxslər ambulator müalicə üçün evə buraxılıblar.

Qeyd edək ki, 2 avtomobil toqquşduqdan sonra onlardan biri idarəetmədən çıxaraq yol kənarındakı aptekə çırpılıb.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə